KepezTV Player
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.Yarışın ikinci günündə tatami üzərinə çıxan Azərbaycan idmançısı Rüstəm Orucov 73 kq-da turnirin qalibi olub. İlk mərhələdən azad olan Orucov 1/16 finalda Monqolustan, 1/8 finalda Bolqarıstan cüdoçularına qalib gəlib. Həmyerlimiz 1/4 finalda rusiyalı, yarımfinalda isə isveçli rəqiblərini məğlubiyyətə uğradıb. Finala çıxan Rüstəm qızıl medal uğrunda qarşılaşmada İsveçrəni təmsil edən Nils Ştumpdan üstün olub. Orucov görüşdən sonra əsgər salamı verib.
- Baxış: 261