Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa rayonuna da giriş-çıxış məhdudlaşdırılıb, həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Rayon Polis Şöbəsinin əməkdaşları Daxili İşlər Naziyliyinin hərbçiləri ilə bilrikdə rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub, izahedici braşurlar paylanılıb. Ağstafanın şəhər əraizisi, 9 qəsəbə və 29 kəndində də analoji profilaktik tədbirlər görülür. Tibbi maskadan istifadənin zəruri olduğu, əks halda qanunauyğun tədbirlərin görüləcəyi diqqətə çatdırılır. Rayon ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdilir.
- Baxış: 129