Məqsədi və məramı işğalçılıq olan dövlət başqasının olanı əldə etmək üçün dəridən qabıqdan çıxır. Müharibənin cəbhədə getdiyini dərk etməməsi bir yana, silah gücünə dinc sakinlərə zərər yetirməkdən də çəkinmir. Söhbət, hazırki dövrdə fazişm sözünün tam haqqını verən ermənilərdən gedir. İkinci Dünya Müharibəsində qırğınlar törədənlərdən heç də geri qalmayan və məkirli siyasətinə hətta, öz qadınlarını da cəlb edən düşməndən.
Almanların faşist ideologiyasını əldə rəhbər tutan ermənilər hədəf seçdiyi mülki əhalinin simasında vandalizmin nə olduğunu bütün dünyaya təlqin edir. Qəddarlıqda sərhəd tanımayan işğalçı dövlət öz qadınlarına belə mərhəmətli davranmır. Apardığı siyasətə humanist don geyindirmək üçün birbaşa onlardan istifadə edir.
Azad Bayramov tarixçi-alim:Ermənilər tarix boyu özlərinin məkirli, riyakar siyasətini həyata keçirmək, məqsədlərinə nail olmaq üçün həmişə qadınlardan istifadə ediblər. Mən bir faktı deyim. 1918-ci il Sentra-Kaspi diktaturasında erməni nazir Tomsonun qoşunlarının Bakıya gəlməsində öz qızından istifadə elədi. Və onunla Tomsonun görüşünə getdi.
Hərb meydanında geriyə oturdulan ordu elə indi də qadınlar hesabına "irəliləməyə" çalışır. Bir tərəfdən silaha sarıldığı fotosuyla insanları sülhə səsləyən Anna Akopyan, digər bir tərəfdən Ermənistanı bütün dünyaya tanıdan dırnaqarası ulduz Kim Kardaşian vasitəsi ilə.
Füzuli Mustafayev tarixçi:Bunlar hal-hazırda qadınları döyüşə aparırlar. Deməli bunların kişiləri kişi qeyrətli deyillər. Bizim Azərbaycan qadınları ilə erməniləri bir tutmaq olmaz. Əgər onların qadınları, anaları fikirləşsəydi ki, burada mülki vətəndaşlar ölür, heç öz övladlarını hərbiyə göndərməzdilər. Bu Paşinyanın işğalçı siyasətində azğınlığının göstəricisidir.
Məğlubiyyətlə barışmayan Ermənistan döyüşdən qaçan əsgərləri qadınlarla konpensasiya etməyə çalışır və elə bu minvalla orduda kişilərin azlıq təşkil etdiyini təsdiqləyir. İşğalçı dövlət bütün bunların fonunda faşistləri qəhrəman kimi təbliğ etməkdən də çəkinmir.
Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib.
Məsələ bundadır ki, bəşəriyyət erməni yalanları ilə tarixin bütün səhifələrində, bütün dövrlərində qarşılaşıb. Böyük Vətən müharibəsində guya qadınlarının fövqəladə qəhrəmanlıq göstərdiklərini iddia edən mənfur qonşumuz əslində faşizmi dəstəkləməklə özləri də bilmədən riyakarlıqlarını büruzə veriblər. Bu gün özgə torpaqları uğrunda mübarizə aparmaları, bizim olan əraziləri hayasızcasına mənimsəmə cəhdləri və dinc əhalini hədəf seçmələri onu göstərir ki, ermənilər öz xislətlərini dəyişməyiblər. Danılmaz fakt isə ondan ibarətdir ki, vaxtilə Sovet İttifaqının faşist almaniyası üzərində qələbəsinin həlledici şərtlərindən biri cəbhədəki Azərbaycan qadınlarının nümayiş etdirdikləri qəhrəmanlıq olub.
Azad Bayramov tarixçi-alim:O zaman hamıya məlum idi ki, Vətən uğrunda müharibə gedirdi, faşizmə, işğalçıya qarşı mübarizə gedirdi. Belə bir müharibədə Azərbaycan qadını özünün qəhrəmanlığı, şücaəti ilə seçildi. Amma ermənilərin bu hərəkəti onu demir. Onlar nəyin uğrunda mübarizə aparır. Onlar bilmir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycanın tərkib hissəsidir.
Heç şübhəsiz, aparılan haqq mübarizəsində siyasətinin əsasını humanizm təşkil edən ölkə qalib gələcək. Multikulturalizm, tolerantlıq ideyalarına əsaslanan, əsl sülh, müdafiə çarçısı olan Azərbaycan.
- Baxış: 134