• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 15.10.2020 11:50

Daha iki mülki şəxsimiz yaralandı

KepezTV Player

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsə açıq şəkildə əməl etməyərək Azərbaycanın yaşayış mənətələqrini yenidən atəşə tutub. Baş prokurorluğun məlumatına görə, bu gün saat 9 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 51 yaşlı Vəliyev Şahsuvar Millət oğlu və 41 yaşlı Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yaşayış evlərinə isə ciddi ziyan dəyib.**Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində indiyədək 43 mülki şəxs qətlə yetirilib, 218 nəfər isə yaralanıb.<br>Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 290, çoxmənzilli yaşayış binalarının sayı 79, yaşayış evlərinin sayı isə 1 592-dir.