• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 11.10.2020 10:30

Humanitar atəşkəs"in raket zərbəsi

KepezTV Player

Gəncə yenidən işğalçı Ermənistan tərəfindən raket hücumuna məruz qalıb. Gəncə yenidən işğalçı Ermənistan tərəfindən raket hücumuna məruz qalıb.Prezidentin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev düşmənin Gəncəyə qarşı həyata keçirdiyi təxribatla bağlı paylaşım edib. “Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb: “Uşaqlar da daxil olmaqla 33 mülki şəxs yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”, - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.

Mülki infrastruktura və sadə şəhər əhalisinə hədəflənən düşmən raketi Gəncədə yaşayış binasına düşüb. Zərbənin təsirindən 3 blok 12 mənzildən ibarət olan 2 mərtəbəli bina dağılıb, ətrafdakı fərdi yaşayış evləri də təmamilə yararsız vəziyyətə düşüb.

Humanitar atəşkəs rejiminin qüvvəyə minməsindən 14 saat sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqəsini raket atəşinə tutması nəticəsində ölənlər və yaralananlar var. FHN-in xilasediciləri tərəfindən dağıntılar altında qalan insanların çıxarılması tədbirləri aparılır.

Gecə saatlarında edilən hava hücumu sakinlərin yatdığı vaxta təsadüf edib. Gəncəlilər bunu düşmənin düşünülmüş təxribatı kimi dəyərləndirir.

Atılan mərminin qalıqları ətraf radiusa səpələnib, hətta ərazidən 400-500 metr aralıya da düşüb.

Düşmənin atdığı raket nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, ticarət obyektləri istifadəyə yararsız hala düşüb. Zərbənin təsirindən ətrafdakı çoxmərtəbəli binaların qapı və pəncərələri də sınıb.

Fərid Mehdiyev