KepezTV Player
Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində Dağlıq Qarabağ bölgəsi ilə bağlı hərbi əməliyyatların müzakirə olunduğu gün keçirilən Ermənistana dəstək aksiyası polis tərəfindən dağıdılıb. Polisin verdiyi məlumata görə, etirazçılar təyin olunan vaxtda dağılışmayıb və Brüsselin ən işlək küçələrindən biri olan “Rue de la Loi” küçəsinin altından keçən tuneli bağlayıb. Bundan sonra polis etirazçılara qarşı təzyiqli sudan istifadə edərək onları dağıtmağa çalışıb. Etirazçılara getmələrini söylənilsə də onlar könüllü olaraq bunu etməyiblər, bu səbəbdən təzyiqli sudan istifadə məcburi olub. Etirazçıların bununla yanaşı sosial məsafə qaydalarına əməl etmədiyi və maska taxmadıqları da qeyd olunub.
- Baxış: 131