![](http://kepeztv.az/sites/default/files/styles/newsdetail/public/peskov_2.jpg?itok=uracQpK_)
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının öhdəlikləri Ermənistandan fərqli olaraq, Dağlıq Qarabağ aid deyil”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.<br>"Bunlar təhlükəsizliyin təmin edilməsi baxımından olan öhdəliklərdir. Yəni, KTMT üzvü olan bir ölkə kənardan hansısa bir təcavüzə, hücuma məruz qalırsa, müqaviləyə üzv dövlətlərin həmin dövləti müdafiə etmək öhdəlikləri var", - deyə o, vurğulayıb. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də “Rossiya1” kanalına müsahibəsində ölkəsinin KTMT çərçivəsində öhdəliklərindən danışıb, hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini bildirib.
- Baxış: 144