
Bu gün səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub. Müdafiə Nazirliyinin məlumatına görə,Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb. "Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək", - deyə nazirlikdən bildirilib.Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.
- Baxış: 131