Güc idman növlərini özündə birləşdirən stronqmen üzrə Azərbaycan çempionatında medallara layiq görülənlər arasında Gəncə idmançısı da olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə bölməsinin əməkdaşı olan Əli Əliyev yarışda layiqincə çıxış edərək iki dəfə fəxri kürsüyə qalxıb.
Dilimizə güclü insan kimi təcrümə olan stonqmen tamaşaçılar görə əyləncə təsiri bağışlayan şou kimi xarakterizə olunsa da, iştirakçılar üçün bu yarış güc nümayişidir. Elə paurlinftinqlə məşğul olan Əli Əliyev ilk dəfə belə yarışda qüvvəsini sınamaqla gücünə bir daha əmin olmaq istəyib. O, ağırlığı 110 kq-dan çox olan idmançıların mübarizəsində iştirak edib. Əliyev ağırlığı başın üzərinə və yerdən qaldırmaq, həmçinin 6 ton ağırlığı olan iki avtomobili yerindən dartmaq hərəkətlərinin cəmində 2-ci nəticəni göstərərək gümüş medal qazanıb. Əli eyni uğuru bencpress növündə də təkrarlayıb.
İdmançının sözlərinə görə yarışa istənilən kimi hazırlaşmamasının səbəbi koronavirus pandemiyasına görə idman obyektlərinin fəaliyyəti dayandırmasıdır. Bu üzdən o, lazım olan qaydada məşq edə bilməyib.
Digər idman növlərində olduğu kimi, pauerliftinqçilərin də mövcud vəziyyətə görə bütün yarışları təxirə salınıb. Bu turnirlər arasında yerli və beynəlxalq əhəmiyyətliləri də var.
Azərbaycanda stronqmen yeni idman növü hesab edilir. Yerli federasiya 3 il öncə yaradılsa da, stronqmen üzrə ilk Azərbaycan çempionatı 2012-cü ildə təşkil olunub. Ölkə idmançıları bu müddətdə bir sıra beynəlxalq turnirlərə qatılaraq mükafatlar qazanıblar.
- Baxış: 1591