• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 19.09.2020 11:36

Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb

KepezTV Player

Növbəti videomaterialmızda Kür qırağından topladığı narkotik toxumlarını əmisinin həyətində əkib-becərən şəxsdən danışacağıq. O şəxsdən ki, narkotik bitkilərə aqrotexniki qaydada quluq edərkən elə iş başında ələ keçib. Samux polisinin külli miqdarda narkotik vasitəni dövriyyədən çıxardığı barədə hazırladığımız sujeti təqdim edirik.

Samux Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında kultivasiya yolu ilə yetişdirilən çətənə kolları aşkar edilib. Gəncə şəhər sakini Taryel Bayramov əmisinə məxsus rayonun Nəbiağalı kəndində yerləşən fərdi yaşayış evində narkotik xassəli çətənə kolları yetişdirmiş. İsti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri zamanı Taryel  Bayramov Kannabis bitkilərinə qulluq edən zaman iş başında yaxalanıb. Həyatyanı sahəyə baxış keçirilən zaman həmin ünvandan istifadə üçün hazır olan qurudulmuş marixuna da aşkar edilib.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Polis əməkdaşları tərəfindən həyətyanı sahədən 14 ədəd ümumi çəkisi 95 kq 900 qram olan  narkotik xassəli çətənə kolu və 1 kq 250 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Məlum olub ki Tariyel Bayramov çətənə bitkilərini bu ilin aprel ayında əkib və həmin bitkilərə aqrotexniki qaydada qulluq edib.

Dindirilmə zamanı Tariyel Bayramov narkotik vasitə istifadəçisi olduğunu etiraf edib. Saxlanılan şəxs çətənə kollarını da şəxsi istifadəsi üçün  becərdiyini bildirib.

Tariyel Bayramov saxlanılan şəxs: Özüm üçün əkmişdim. Özüm istifadə edənəm. Toxumları da Kürün qırağından yığımışdım. Çoxdan məndədir. Balıq tutmağa gedəndə yığıb toplamışdım. Əmimin məhləsi boş idi, qalan yoxdu. Gətirib orada əkdim. Gündə üç dəfə qulluq ediridm.

Faktla bağlı araşdırmalar davam etdirilir. Tariyel Bayramovun barəsində yerli məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Natiq Hüseyn