• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 16.09.2020 20:08

Zavoddan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb

KepezTV Player

Özgəsinin halal zəhmətinə qənim kəsilənlər bununla yekunlaşmır. Növbəti oğurluq hadisəsi isə Zaqatalada Fındıq zavodunda baş verib.

Zaqatala Rayon Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən,MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsinə iki nəfər naməlum şəxsin  oğurluğa girdikləri barədə müraciət daxil olub.Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.Məlum olub ki, oğurluq məqsədilə zavoda girən şəxslər mühafizəçinin onları gördüyü zaman oğurlamaq istədikləri fındıqla dolu kisələri həyətə atıb,qaçaraq oradan uzaqlaşıblar. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zavoddan oğurluq etmək istəyən şəxslərin rayonun Faldarlı kənd sakinləri- əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.İstintaq zamanı tanışların bir neçə gün əvvəl rayonun Aşağı Tala kəndi ərazisində yaşlı qadına qarşı soyğunçuluq etikləri də müəyyən edilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.