• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 926
— 16.09.2020 11:55

Elektron ərizə qəbulu

KepezTV Player

Sentyabrın 11-də jurnalistika ixtisasına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün 17 sentyabr tarixindən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək. Müraciət etmək istəyənlər 16 sentyabr saat 23:59-dək DİM-in saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir abituriyentin ərizəsi üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.