KepezTV Player
Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Şəki sakini - Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb. Məlum olub ki, onların qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanan qızıl və pul onlardan maddi sübut kimi götürülüb.
- Baxış: 966