"Qarabağ" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun Kiprin Larnaka şəhərinə salınması ilə razı deyil.Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərov Norveç hökumətinin "Molde"nin səfərdən qayıtdıqdan sonra 10 gün karantində qalması ilə bağlı addımını ədalətsizlik adlandırıb. Sitat: "UEFA-dan istənilən qərarı gözləyirdik. Qitə futbol qurumuna da bildirdik ki, Norveç hökumətinin qəbul etdiyi qərar ədalətsizdir. Digər federasiyaların UEFA-ya göstərdiyi münasibəti Norveç Futbol Federasiyası göstərmədi. Onlar futbol qanunlarını yox, öz klublarını düşündülər".Klub rəsmisi bildirib ki, UEFA dövlətlərin qərarlarına müdaxilə edə bilmədiyi üçün bu addımı atıb. Onuz sözlərinə görə, UEFA arqumentlərinə indiyədək cavab verə bilmir və haqlı olduqlarını deyir.Əsgərov oyunun keçirilmə yeri olaraq Kipri seçmələrinin səbəbini viza məsələsinin asan əldə edilməsi ilə izah edib.Sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
- Baxış: 1129