“Kəpəz” I Divizionda yeni mövsümün hazırlıqlarına start verib. “Sarı-göylər” doğma meydanda məşq edirlər.
Tələblərə uyğun olaraq komanda üzvləri əvvəlcə koronavirus testindən keçiblər. Gündəlik olaraq tibbi personal tərəfindən hazırlıq prosesindən öncə futbolçuların temperaturu yoxlanılır, lazımı gigiyena və dezinfeksiya qaydalarına əməl edilir. Məşqlərə gəlincə, Yaşar Vahabzadənin yetirmələri Gəncə şəhər stadionunun süni örtüklü meydançasında gündə bir dəfə olmaqla çalışmalara çıxırlar. Məşqlərin ilk mərhələsi əsasən, bərpaedici və seleksiya xarakteri daşıyır. Pandemiyaya görə uzun müddət məşqsiz qalmaq oyunçularınn hazırlığına təsirsiz ötüşməyib.
I Divizionda qarşıdakı qarşıdakı “futbol ili”ndə də yaş limiti tətbiq olunacaq. Yeni qaydaya əsasən, divizion təmsilçiləri meydana 2000-ci ildən yuxarı 6 futbolçu buraxmalıdırlar ki, onlardan biri mütləq 2002 və 2003-cü il olmalıdı. Əsas heyətdə yaşı 20-ni ötmüş yalnız 4 oyunçu yer ala bilər. Tətbiq olunan limit Gəncə klubuna da müəyyən çətinlik yaradıb və bu problemin həll yolunda futbolçu axtarışları davam edir.
I Divizionda yeni mövsümün startı oktyabrın əvvəlinə planlaşdırılır.
- Baxış: 1328