Abşeronda quldurluq edən şəxslərdən daha biri saxlanılıb. Hadisənin təşkilatçılarından olan Bəhruz Kərimov gizləndiyi Biləsuvar Rayonunda tutularaq istintaqa cəlb olunub.
Abşeronda bir neçə gün öncə kişinin başına küt alətlə vuraraq, 15 min manatdan çox pulunu oğurlayan dəstənin daha bir üzvü, daha dəqiqi təşkilatçı saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisədən sonra qaçıb Biləsuvar rayonunda gizlənən 26 yaşlı Bəhruz Kərimov tutulub. O, istintaqa ifadəsində tanışları Cəlilabad rayon sakinləri olan Əmrah Həmzəyev və Sücəddin Həmzəyevlə birgə Abşeron rayonu ərazisində Rövşən Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7 000 ABŞ dolları və 5341 manat olan çantanı apardıqlarını etiraf edib.
- Baxış: 1060