Gədəbəy rayonu, Çobankənd kənd orta məktəbinin sabiq direktoru Sahib Babayevin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Gədəbəy rayon prokurorluğunda araşdırma aparılıb.Babayev 2017-2019-cu illər ərzində məktəbin fəaliyyəti ilə bağlı qərarların qəbul olunmasına bilavasitə rəhbərlik etmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və bir sıra müəllimlər üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə etibar edilmiş xeyli miqdarda özgə əmlakını talamaq üçün faktiki olaraq tədris edilməmiş məşğələ saatlarını ayrı-ayrı müəllimlərin adlarına tarifləşdirib. Onun müəllimlərin əməkhaqqı kartlarına köçürülən ümumilikdə 12 min 445 manat məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.Həmçinin, Sahib Babayevin ötən il 17 iyulda etibarnamə əsasında idarə etdiyi avtomobillə Gədəbəy-Novo Saratovka avtomobil yolu ilə Gədəbəy şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində əks tərəfdə hərəkətdə olan Nəriman Quliyevin idarə etdiyi avtomobilin hərəkət yoluna çıxmaqla toqquşması və nəticədə sürücü Nəriman Quliyevin ehtiyatsızlıqdan ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.Qeyd edilən faktlarla bağlı Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanılıb,baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon məhkəməsinə göndərilib.
- Baxış: 1095