KepezTV Player
Şamaxı RMX-da uşaq ölümü qeydə alınıb. Şamaxı şəhər sakini, 19 yaşlı Lamiyə Zərbəliyeva gecə saat 04:30 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində təbii doğuş yolu ilə qız övladını dünyaya gətirib. Qadının atası, Qobustan rayon sakini Araz Rüstəmovun sözlərinə görə, Lamiyənin hamiləlik dövründə problemi olmayıb. Doğuşdan yarım saat sonra tibb işçiləri körpənin vəziyyətinin qəflətən pisləşdiyini və öldüyünü deyiblər. Ananın vəziyyəti isə yaxşıdır. Bu, onun ilk hamiləliyi olub.
- Baxış: 1134