• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 20.08.2020 20:17

Evlərdən oğurluğun üstü açıldı

KepezTV Player

Gəncə polisi bir il əvvəl törədilən oğurluq faktlarının üstünü açıb. Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müxtəlif vaxtlarında şəhər  ərazisində bir neçə evdən oğurluq edən şəxsi saxlayıblar.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu il  aprelin 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1500 manat dəyərində televizoru götürüb. Daha sonra ötən il mayın 7-də şəhər xəstəxanalarının birindən 1000 manat dəyərində kompüter, 350 manat dəyərində printer və 1790 manatlıq dərman preparatlarını oğurlayıb. Tamahına güc gələ bilməyən Quliyev şəhər ərazisindəki daha bir mənzilə də qanunsuz daxil olub və 2300 manat dəyərində 2 ədəd televizoru ələ keçirib. İş ondadır heç bu da son deyil.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq oradan 400 manat dəyərində 1 ədəd televizoru oğurlaması da aşkar edilib.

Saxlanılan Rasim Quliyev  maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar isə davam etdirilir.