• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 11.08.2020 19:27

30-a yaxın mənzildən oğurluq etdi

KepezTV Player

Bakıda da oğurluqda təqsirli bilinən şəxs saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o,  30-a yaxın mənzili qarət edib. Hətta törətdiyi əməllərin bəziləri təhlükəsizlik kameralarının yaddaşına həkk olunub.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nərimanov rayonu ərazisindəki mənzillərin birindən 1535 manat dəyərində qızıl-zinət əşyaları, noutbuk və qol saatı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini Samir İsmayılov saxlanılıb. İfadə verən zaman o, paytaxtda 30-a yaxın məznildən oğurluq etdiyini etiraf edib. Hətta Samir İsmayılovun oğurluq etmə anları mənzillərin bəzilərinin  dəhlizlərində quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Saxlanılan şəxs oğurluq zamanı əldə etdiyi qızl-zinət əşyalarının bir qismini Sumqayıt şəhərində dəyər dəyməzinə satıb.

Qeyd olunan faktlarla bağlı  cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Sözügedən şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Bakı şəhər Baş Polis İdarəsinə, yaxud DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.