• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 798
— 08.08.2020 19:30

İdmana yaşıl işıq

KepezTV Player

Operativ Qərargahın son qərarı daha çox məqşçi və idmançıların üzünü güldürüb. Belə ki, avqustun 10-dan açıq havada idman yarışları və oyunlarının keçirilməsinə başlanılacaq. İdman mütəxəssisləri sevinclərini bizimlə bğlüşüblər.

Bununla da Gənclər və İdman Nazirliyinin balansında olan Olimpiya komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları peşəkar və həvəskar idmançıların istifadəsinə veriləcək. Yarışlar və oyunlarının keçirilməsinə icazənin verilməsi çoxdan gözlənilən qərar kimi idmanla məşğul olanların sevincinə səbəb olub.

Açıq havada yerləşən meydançalardan istifadəyə icazənin verilməsinə baxmayaraq insanların müəyyən tövsiyələrə əməl etməsi mütləqdir.

Qeyd edək ki, bir müddət əvvəl də açıq havada məşqlərin keçirilməsinə icazə verilsə də, pandemiya ilə bağlı vəziyyətin dəyişməsindən sonra qadağalar yenidən tətbiq olunmağa başladı.

rejiminin yumşaldılması ilə buna kimi ev şəraitində hazırlıq keçən idmançılar açıq havada məşqçilərlə çalışmaq imkanı əldə edəcəklər. Bu da sözsüz ki, onlayn məşqlərdən daha effektiv olacaq.