Azərbaycan Baş Prokurorluğu tərəfindən Fədail Quliyevin 2017-ci ildə Bakı şəhərində Türkiyə vətəndaşı Kaman Eyyup Hakandan satış məqsədilə 500 min ədəd saxta aksiz markası sifariş edərək ölkəmizdə satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən edilib və bu səbəbdən təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Quliyevin Gürcüstan Respublikası ərazisində yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin olunub. Fədail Quliyevin yaxın günlərdə Azərbaycan Respublikasına ekstradisiyası həyata keçiriləcəkdir.
- Baxış: 998