KepezTV Player
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı Tovuzda xüsusi karantin rejimi qaydalarını pozan şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib. Aşağı Quşçu kəndində yas mərasimi zamanı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq epidemiya əleyhinə rejimi pozan ev sahibi inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib. Bundan başqa, şəhər arası fəaliyyət göstərən bir neçə ictimai nəqliyyat vasitəsinin sürücüləri və sərnişinləri epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə məsuliyyətə cəlb edilərək cərimə olunublar.
- Baxış: 955