Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsində iştirak edən prezient İlham Əliyev Vəndam kəndində doğulan general Polad Həşimovun qəhrəmanlığından danışıb və xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıqlar verib.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilər, Ermənistan tərəfindən təşkil edilmiş təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olmuşdur. Polad Həşimov mənim tərəfimdən iki dəfə dövlət ordenləri ilə təltif edilmişdir. Mənim Sərəncamımla ona general ali hərbi rütbəsi verilmişdir. Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin. Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlət tərəfindən qayğı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilmişdir. General uzun müddət Sumqayıtda yaşamışdır və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız.
- Baxış: 268