Bu gün Gəncədə Nizami rayonu üzrə orta məktəblərin məzunları imtahan veriblər. Bununla paralel Azərbaycan dilindən fərqli dildə təhsil alan cari ilin 9-cu sinif məzunları və 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq edən əvvəlki illərin məzunları üçün də imatan keçirilib. 1778 nəfərə yaxın məzun 8 binada təlimatlara uyğun şəkildə prosesdə iştirak edib. 23 imtahan rəhbəri və 172 zal nəzarətçisinin izlədiyi imtahanda iştirakçılara 3 fəndən 90 sual təqdim olunub. Abutiriyentlər onlara verilən sualları 3 saat əzrində cavablandırıblar. Bu gün eləcə də Göygöl və Samux rayonlarında əvvəlki ilin məzunları ali və orta ixtisas məktəblərinə qəbul imtahanları verib. Göygöldə 179, Samux isə 142 abutiriyent imtahanda iştirak edib.
- Baxış: 173