• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 30.07.2020 20:17

Türkiyə HHQ-nin nümayəndələri Gəncə şəhərinə gəliblər

KepezTV Player

Xəbər verdiyimiz kimi ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimləri başlayıb. Artıq “TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin geniş tərkibdə uçuş və mühəndis-texniki heyəti Gəncə şəhərinə gedib. Təlimlərə hazırlıq məqsədilə hazırda heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Birgə təlimlər qardaş ölkələr arasındakı strateji müttəfiqliyin hərbi sahədə də hər keçən gün inkişafından xəbər verir.

Regionda vəziyyətin gərginləşməsindən dərhal sonra Rusiya ilə Ermənistanın birgə keçirdiyi hərbi təlimlərin ardından rəsmi Bakı və Ankaranın hərbi əməkdaşlıq istiqamətində atdığı qətiyyətli addımlar təqdir edilr. İki tərəf arasında razılaşdırılan plana uyğun olaraq demək olar ki, bütün ölkə ərazisində Azərbaycan və Türkiyə ordularının təlimləri məhz bu günlərə elə-belə təsadüf etmir. Diqqət yetiriləsi məqam Türkiyənin Azərbaycan üçün çox mühüm strateji və hərbi tərəfdaşı olması və bundan Ermənistan və onun tərəfdaşlarının ciddi narahatlığı, nəticə çıxarmasıdır. Türkiyə NATO-nun üzvüdür və Ermənistan öz işğalçı siyasətini dərk etməli və ciddi nəticə çıxarmalıdır. Qardaş Türkiyə ilə bütün sahələrdə olduğu kimi - xüsusən də hərbi sahədə - daha da yaxından əməkdaşlıq göz qabağındadır. Bundan irəli gələrərək deməliyik ki, Türkiyəyə güclü Azərbaycan iqtisadi, siyasi və hərbi gücdə olan dövlət kimi lazımdır, eyni zamanda NATO üzvü olan, söz sahibi sayılan güclü, əzəmətli Türkiyə Azərbaycana gərəkdir.

Türkiyə rəsmilərinin sərgilədiyi açıq və birbaşa dəstəkdən sonra genişmiqyaslı döyüş əməliyyatları düşmən və onlara havadarlıq edən gücləri məyus etməyə bilməz. Düşmən götür-qoy edərək, baş verənləri nə qədər tez anlasa bir o qədər onun özü üçün yaxşı olar. Tarixi bir daha xatırladaq. 102 il əvvəl Azərbaycan, həmçinin Qarabağı, Zəngəzuru daşnaqlardan xilas edən Qafqaz İslam Ordusu bir əsr sonra qüdrətli Azərbaycan ordusu ilə Naxçıvan, Gəncə, Bakıda birgə addımlamaqdadırlar. Hədəfsə Qarabağdır.