KepezTV Player
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında yerləşən Qəhrəman İbrahimova məxsus idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkarlanıb. Obyektə baxış zamanı oranın sahibi və daha 3 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi intizam tədbirləri görülüb. Obyekt sahibi və müştərilərə xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibatı həbs cəzası gözləyəcək.
- Baxış: 1180