• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1862
— 28.07.2020 20:24

5029 şəxsin qaydaları pozması aşkarlanıb

KepezTV Player

Gəncədə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət davam etdirilir. İndiyə kimi şəhər ərazisində 5029 şəxsin xüsusi karantin rejimi qaydalarını pozması aşkarlanıb. Həmin şəxlərə qarşı da qanuna müvafiq qaydada tədbirlər görülüb.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbçiləri xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində profilaktik tədbirləri və reydləri davam etdirir. Növbəti yoxlamalar şəhərin mərkəz hissəsində Nizami prospektində baş tutub. Reyd zamanı tələbləri pozaraq taksi fəaliyyəti ilə məşğul olan, ön oturacaqda sərnişin əyləşdirən, maskadan istifadə etməyənlər aşkarlanıb.

Maskadan istifadə etmədiyiniz üçün inzibati xətalar məcəlləsinin 211.2 maddəsi ilə məsuliyyət nəzərdə tutulub. 100 manatdan 200 manata kimi inzibati qaydada cərimə olunursuz. Xahiş edirik növbəti dəfə maskadan istifadə edin, taksidən istifadə edərkən arxada oturun, məsafəni qoruyun. Bu cür hallara gələcəkdə yol verməyin.

Bundan başqa polis şəhərin Nizami prospektində müştərilərə yerində xidmət edən geyim mağazası və parfumeriya dükanının da xüsusi karantin rejiminin tələblərini pozaraq fəaliyyət göstərdiyini aşkara çıxarıb. Hər iki faktla bağlı inzibati xətalar məcəlləsinə müvafiq maddəsi ilə cərimə tətbiq edilib.

Eşqin Qasımov - DİN-in Mətbuat Xidmətinin əməkdaşı: Ümumilikdə xüsusi karantin rejimi tətbiq ediləndən indiyə kimi şəhər ərazində 5029 qanun pozuntusu aşkarlanıb ki, onlardan da 30 nəfəri iaşə obyektlərinin sahibləridir. Bəzi iaşə obyektlərinin müştərilərə yerində xidmət etməsi qadağan olunub. 5029 nəfərdən 17 nəfər barəsində toplanmış material aidiyyatı üzrə məhkəməyə göndərilib və onlar barəsində həbs qəti imkan tədbiri seçilib. 5014 barəsində protokol tərtib olunaraq müxtəlif məbləqlərdə pul cərimələri tətbiq olunub.

Xüsusi karantin rejimi ilə əlaqədar şəhərin Bakı istiqamətindən girişində də yoxlamalar davam etdirilir. Burada sərnişin daşıyan mikroavtobus vasitəsilə icazəsi olmadan Gəncəyə daxil olmaq istəyən vətəndaşlar saxlanılıb.

Siz Daşkəsən rayon qeydiyyatındasız. Daşkəsən rayon ərazisində sms icazəsi olmadan gəzə bilərsiz. Ancaq Gəncə, Göygöl, Goranboy, Bakı, Abşeron və digər şəhər və rayonlar var ki, ora sizin girişiniz qadağandır. Ona görədə siz geri qayıtmalısız. Mikroavtobusda olan sərnişinlərədən icazəsi olan 2 nəfər var ki, onlar keçə biləcək, qalanları geri qaydıcaq. Sürcü isə təlimatlandırılacaq.

Mikroavtobusun sərnişinləri ilə maarifləndirici söhbət aparıldıqdan sonra gəldikləri rayona qaytarılıblar.

 

Elnur Vahidoğlu