KepezTV Player
Gədəbəydə qətl törədilib.Hadisə rayonun Qurudərə kəndində baş verib. Kənd sakini, 32 yaşlı Arzu İsgəndərov ailə münaqişəsi zəminində əmisi, 63 yaşlı Oruc İsgəndərova 5 bıçaq zərbəsi vuraraq öldürüb. Daha sonra əmisinin arvadı, 61 yaşlı Sənubər İsgəndərovaya bir neçə bıçaq zərbəsi vuraraq ağır xəsarət yetirib. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisəni törədən, mərhumun qardaşı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 1300