Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərindən rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilov ifşa olunub. O, idarə etdiyi “Opel” markalı avtomobillə karantin postundan kənar yollarla iki nəfər sərnişini Şamaxı rayonuna aparan zaman Abşeron rayonu ərazisində tutulub.
Araşdırma zamanı maşında olan sərnişinlər Nicat İbadov və Şahin Əzizovun da xüsusi karantin qaydalarını pozduqları məlum olub.
Hər 3 şəxs barəsindəİnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə Anar Ədilov 20, avtomobildə olan sərnişinlərin hər biri isə 10 sutka inzibati qaydada həbs ediliblər.
- Baxış: 1277