Şəmkirin Yol Polisləri rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Bir il müddətinə sürücülük hüququndan məhrum edilən və 500 manat məbləğində cərimə olunan “qəhrəmanı” indi siz də tanıyacaqsınız, əməlləri ilə birlikdə.
Görüntülər bir neçə ay əvvəl Şəmkir rayonunun Düzqışlaq kəndində lentə alınıb. Kənd sakini Zaur Hüseynquliyev atasına məxsus VAZ 2106 markalı avtomobillə yaşadıqları ərazidə avtoxuliqanlıq hərəkətləri edərək özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb. Bu azmış kimi sonradan etdiyi hərəkətləri sosial şəbəkələrdə paylaşaraq ictimailləşdirib.
Nurtac Bayramov baş inspektor: Həmin avtomobilin sürücüsü tərəfimizdən müəyən edilib və Şəmkir rayon Polis şöbəsinə dəvət olunub. Onunla etdiyi əməllərə görə proflaktiki söhbətlər aparılıb.
Araşdırmalar zamanı məlum olub ki, avtoxuliqnalıq hərəkətlərini edən şəxsin heç sürücülük hüququ olmayıb. Zaur Hüseynquliyev etdiklərinə görə, peşman olduğunu gizlətməyib.
Zaur Hüseynquliyev avtoxuliqanlıq edən şəxs: Atama məxsus “VAZ2106” markalı avtomobillə bir neçə avtoxuliqanlıq hərəkətləri edərək videoyaya çəkdim. Sonra sosial şəbəkələrdə paylaşdım. Bu əmələ görə peşmanam. Heç kimə tövsiyyə görmürəm.
Şəmkir rayon Məhkəməsinin qərarı ilə Zaur Hüseynquliyevin sürcülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və 500 manat məbləğində cərimə edilib.
Natiq Hüseyn
- Baxış: 1632