Göygöldə mal-qara oğurluğunda şübhəli blinən 4 nəfər saxlanılıb. 2 baş iribuynuzlu heyvanı ələ keçirən dəstə üzvlərinin digər cinayətlərdə iştirakı da müəyyən edilib.
Samux rayon sakinləri- 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov oğurluqda şübhəli bilinir. Onlar qabaqcadan əlbir olub qrup şəklində Göygöl rayonunun Yeni Zod kəndində 2 baş iribuynuzlu heyvan oğrulayıblar. Mal-qaranı Samuxun Çobanabdallı kəndində gizlədənlərin əməli isti izlərlə üzə çıxıb.
Orxan Bağırov müstəntiq: Göygöl rayonunun Yeni zod kənd sakini Səfiyəddin Vəliyevin yaşadığı evin həyətindən sonuncuya məxsus ümumi dəyəri 1000 manat olan, 2 baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurlayıblar.
Saxlanılan şəxslər istintaqa verdikləri ifadə zamanı oğurluq əməlini yaşadıqları rayonda planlaşdırdıqlarını deyiblər. Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı məlum olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakininə qarşı soyğunçuluq cinayəti də törədiblər.
Elman Rüstəmov saxlanılan şəxs: Samux rayonunun Çobanabdallı kəndində yaşayıram. Çayçıda oturub çay içdik. Sonra Toğana tərəfə qalxdıq. Bir az gəzdik. Yolun kənarından 2 dənə balaca buzov danası götürüb Samux rayonunun Çobanabdallı kəndində gətirdik.
Elvin Məmmədov saxlanılan şəxs: Samuxda evə grimişik. Amma heç nə aparmamışıq. Evdə uşaq olduğü üçün evdən çıxmışam. Heç kimə zərər verməmişəm.
Tural Süleymanov saxlanılan şəxs: Samux rayonunda yaşayırıq. Getdik ora düşdük içəri. Evə girdik uşaq oldu çıxdıq. Heç nə etmədik. O bizə yaraşmaz. Əməlimdən peşmanam.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 1221