• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 30.06.2020 19:57

Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək

KepezTV Player

Koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi üçün tibbi briqadalar evlərə gələcək. Bunu COVİD-19-la mübarizədə problemlərin aradan qaldırılması üçün TƏBİB-ə yardım üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılan işçi qrupun üzvü Nabil Seyidov deyib. Onun sözlərinə görə, vətəndaşlar COVİD-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq. Mütəxəssislər vətəndaşın vəziyyətini ilkin olaraq qiymətləndirəcək və COVİD-19-a dəlalət edən şikayət, simptom, yaxud yoluxma riskini artıran digər faktorlar dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi, testin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə gedəcək və testlər üçün nümunələr məhz orada götürüləcək.