• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 25.06.2020 15:10

Dövlət Gömrük Komitəsinin şöbə müdiri rüşvət alarkən yaxalandı

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş prokurorluq və Dövlət Gömrük Komitəsinin birgə keçirdiyi əməliyyat nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan “Gate Est Group” MMC və “İnterlogistics” MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Babayev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.