• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1270
— 12.06.2020 19:15

Canavarlar 10-dan çox qoyun və keçini parçaladılar

KepezTV Player

Qusarda canavarlar təsərrüfatlara hücum ediblər. Yırtıcılar Həsənqala kəndində 12 baş heyvanı parçalayıblar.

Qusarın Həsənqala kəndində canavarlar kənd sakinlərinə məxsus təsərrüfata hücum edib. Hadisə gecə saat 3-4 radələrində baş verib. Yırtıcılar kənd sakinlərin Şöhrət Nemətovun tövləsində 11 qoyun və keçini , Cavanşir Zeynalovun isə bir baş qoyununu parçalayıb.

Faktla bağlı Qusar Rayon Baytarlıq İdarəsinə və yerli icra qurumlarına məlumat verilib.

Həsənqala kəndində  iki ay öncə də   canavarların təsərrüfata hücumu qeydə alınıb.