Özgəsinin halal malına qənim kəsilib qanunsuzluq etdilər, amma qanundan qaça bilmədilər. Paytaxtın Binəqədi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus velosipedləri oğurlayan şəxslər saxlanıldılar.
Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Göyçay rayon sakini Elbrus Məmmədov tutulub. Araşdırma zamanı onun binaların dəhlizlərində və yardımçı otaqlarında saxlanılan 7 velosipedi oğurladığı məlum olub. Məmmədov "qənimətlərini" isə tanışı Sabunçu rayon sakini Fuad Əhmədova satıb. Polis əməkdaşları tərəfindən saxlanılan Əhmədovun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı oğurluq velosipedlərdən 6-sı aşkar olunaraq maddi sübut kimi götürülüb. Digərini isə Fuad Əhmədov paytaxt sakini Rəhim Kərimova satıb. Faktla bağlı 5-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxlsərin ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1390