KepezTV Player
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən vaxtdan kənar, sosial məsafəni, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
Binəqədi RPİ Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə 28 May qəsəbəsindəki kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.
- Baxış: 1430