• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 05.06.2020 16:15

Fermerlərə 87 baş cins keçi satılıb

KepezTV Player

Bu ilin fevralında ölkəyə İsveçrə və Fransadan gətirilən cins keçilərə maraq artıb. Südlük istiqamətli “Saanen” və “Alpin” cinsləri fermer tərəfindən lizinq yolu ilə əldə edilir. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda saxlanılan keçilərin artıq 87-i satılıb.

Rəvan Muxtarov - fermer: Ucar rayonundan gəlmişik. Sosial şəbəkədə bu keçilər haqqında görmüşəm. Bu işə başlamaq istəyirik, təxminən 10 dənəsini almaq istəyirik.

Heyvandarlıq Elmi Tədqiqat İnistitutuna gətirilən 300 baş keçinin 32-i “Alpin” qalanı isə “Saanen” cinsindəndir. Keçiləri əsasən qapalı şəraitdə saxlamaqla yerli cinslərlə müqayisədə yüksək məhsul əldə etmək olur.

Xaricdən gətirilən cins keçilər südlük baxımından daha çox məhsuldardı. Beləki yerli cinslər 1-2 litr süd verirsə xaricdən gətirilən bu cinslər isə gün ərzində 5-6 litr süd vermək qabiliyyətinə malikdir.

Bu keçilərin saxlanma şəraiti ilə yanaşı yemləməsi də vaxtında və düzgün aparılmalıdır.

Müzakir Məmmədov - HETİ-nin laboratoriya müdiri: Əgər heyvana düzgün qulluq edilmədikdə heyvan zəifləyir və o heç yoluxası olmuyacaq xəstəliklər yoluxur. Son nəticədə də iqtisadi ziyanla başa gəlir. Yatacağı yeri və yemi normal olmalıdır. Yemi eyni vaxtda eyni miqdarda verilməlidir ki, orqanizmə lazım olan bütün maddələri heyvan ala bilsin ki, bədəndə immutet güclü olsun. Bunun 60 faizini dövlət ödəyir, ancaq yerdə qalan 430 manatı alan adam ödəyir.

Satışı ilə yanaşı İnstitutda Cins keçilər üzərində elmi tədqiqat işləri də aparılır. Məqsəd heyvanlardan yüksək  nəticələr əldə etməkdir.

Müzakir Məmmədov - HETİ-nin laboratoriya müdiri: Bizdə hazırda onların eksterimal şəraitdə böyüməsi və məhsul verilməsi öyrənilir. Yemə tələbkarlığını müyyənləşdiririk və müəyyən qədər bunlardan məhsul alması nəzərdə tutulur. Yaxın günlərdə onu da nümayiş etdirəcəyik ki, süni mayalanma və süngərləmə üsülunu da tətbiq edəcəyik.

Ölkəyə daha bir partiya cins keçilərin gətirilməsi nəzərdə tutulur.

 

Elnur Vahidoğlu