KepezTV Player
Direktorların işə qəbulu üzrə müsabiqəyə namizədlərin hazırlanması üçün ictimai əsaslarla hazırlıq qrupları yaradıla bilər: Bu fikri Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə səsləndirib. Düşünürəm ki, müsabiqə yolu ilə direktor vəzifəsinə təyin edilən şəxslər, - bir zamanlar təlimçi kimi fəaliyyət göstərən insanlar, digər rəhbər vəzifələrdə çalışanlar "ictimai repetitor" funksiyalarını yerinə yetirə bilərlər. Belə könüllülər olacağı təqdirdə tədrisin aparılması üçün müvafiq infrastruktur və təlim materialları ilə təminat məsələsində köməklik göstərə bilərik. Əsas olan odur ki, direktor olmaq istəyən namizədləri ödənişsiz əsaslarla hazırlaşdırmaq istəyən şəxslər olsun" deyə Camalzadə vurğulayıb.
- Baxış: 224