KepezTV Player
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən edilən vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulduğu obyekt aşkarlanıb. Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Nizami, 187 ünvanında mərc oyunları obyektinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi – 34 yaşlı Bəxtiyar Kərimov 1500 manat, digər saxlanılanların hər biri 100 manat cərimə olunublar.
- Baxış: 1290