• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 31.05.2020 16:02

Tütün məhsullarından istifadə edənlərin koronavirusa yoluxma riski çoxdur

KepezTV Player

Tütün məhsullarından istifadə edənlərin koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə çoxdur. Bu barədə TƏBİB-in məlumatında deyilir. Siqaret çəkməyin insan beyninə olan ən önəmli zərəri, insult keçirmə riskini artırmasıdır. Siqaret çəkilərkən tənəffüs yollarında, ağciyərlərdə müxtəlif xəstəliklər əmələ gəlir. Bunlara ağciyər xərçəngi,  xroniki bronxit, astma, müxtəlif infeksiyalar, hətta allergik xəstəliklər aiddir. Uzun müddət tütün məhsullarından istifadə etmək ürək xəstəlikləri və insult keçirmə riskini 2-4 dəfə artırır. Siqaret çəkənlərdə çəkməyənlərə nisbətən  görmənin itirilməsi riski 2 qat daha çoxdur.