• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 14.05.2020 17:41

Əməkdar məşqçi idmandan qalmamağı tövsiyyə edib

KepezTV Player

Koronavirus pandemiyasının təsirləri ömrünü idmana həsr edənlərə daha çoxdur. Gününü zallarda, məşqlərə keçirən, daim hərəkətdə olan mütəxəssislər indi evdə oturmağa məcburdurlar. Elə İlqar Alıyev də bu sıradadır.

Kikboksinq idman növü üzrə Azərbaycanın ilk əməkdar məşqçisi adına layiq görülən təcrübəli mütəxəssis bütün həmkarları kimi özünə ikinci ev bildiyi zallardan, yarış məkanlarından uzaq düşüb. Amma karantin rejiminin qayda-qanunları, tələbləri hamı üçündür. İlqar Alıyev də sağlamlıq naminə atılan addımları yüksək qiymətləndirir və hamını buna riayət etməyə çağırıb.

İlqar Alıyev ötən ilin sonlarında bağ evində idman zalı yaradıb. Karantinə görə idman qurğuları bağlı olduğundan tanınmış mərhum kikboksinq ustası Elnur Alıyevin adını daşıyan zal da fəaliyyətini müvəqqəti dayandırıb. 40 ildən çoxdur ki, idman sahəsində çalışan mütəxəssis bu illər ərzində ilk dəfə belə halla qarşılaşdığını deyib. Buna baxmayaraq ev şəraitində olsa da, məşqlərdən qalmamağı tövsiyyə edib.

100-lərlə idmançı yetişdirən məşqçi evdə hazrılaşan hər bir idmançının ilk olaraq nəyə diqqət etməli olduğunu da bildirib.

Zəngin karyeraya malik İlqar Alıyev iki idman təşkilatının - Azərbaycan Döyüş və Kikboksinq federasiyalarının Qərb filialının sədridir.