Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında yeni qaydalar hazırlayıb.Kassaların qarşısında növbbədə duranlar bir-birindən 2 m-lik məsafədə dayanmalıdırlar. İşçilər maska və əlcəkdən istifadə etməlidirlər. Unlu qənnədadı məmulatları, xüsusi qablaşdırılmayan məhsullar xüsusi vitrin arxasında saxlanılaraq alıcılardan təcrid edilməlidir. Bu məhsullar yalnız gigiyenik vasitələrlə təchiz edilən işçilər tərəfindən təqdim edilməlidir. Mağaza daxilində mütləq maska taxılmalıdır.TƏBİB bərbər və gözəllik salonuna gedənlərə də tövsiyələr verib. Adıçəkilən yerlərə getmədən öncə qəbul saatı almağın vacibliyi vurğulanıb.Gedərkən mütləq maska taxılmalı, məkanda olan müddətdə ehtiyac olmadıqca maska çıxarılmamalı, maskanın doğru istifadə qaydalarına riayət edilməlidir. Məkana çatan kimi su və sabunla əllər yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə olunmalıdır.Sizə hansı insanların xidmət etdiyini qeyd edin. Bununla sizin və ya xidmət personalının COVID-19 testinin pozitiv çıxacağı halda, təmaslarının aşkarlanması daha asan olacaq. Mümkün olduğu qədər kredit kartı və ya bank kartı ilə təmassız ödəniş edin - deyə TƏBİB-dən bildirilib.
- Baxış: 539