Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı çətinliklərdəndir. Burada söhbət, bədənin kütləsinin normadan bir neçə kiloqram artıq olmasından gedir. Bu həddən o tərəfə, standartları ötənlər isə əslində artıq çəkidən yox, piylənmədən əziyyət çəkir. Əfsuslar olsun ki, sözügedən xəstəliklə mübarizə üçün hazırda dünyanın bir çox ölkələrində milyonlar xərclənir. Çünki piylənmə özü ilə bərabər bir sıra həyatı təhlükəli, hətta xərçəng kimi ciddi xəstəlikləri gətirir.
Şəhla Verdiyeva - endokrinoloq: Bəzi insanlar həddən artıq fiziki aktiv olsalar da, günlərlə, saatlarla idman etsələr də, dietalarına sıx nəzarət etsələr də, kilo verməkdə çətinlik çəkirlər. Səbəb isə obezitenin hər zaman bizim qəbul elədiyimiz kimi həyat tərzinə bağlı ola bilməməsidir. Bəzən obezliyin altında bir çox endokrin xəstəliklər dayanır. Əgər xırdalayarsaq, ən çox rast gəlinən və dünyada hər 5 nəfərdən 1-də olan insulin dirəncidir. İnsulin dirənci şəkərli diabetin çox-çox önündəki mərhələdir. Mədəaltı vəzi normal fəaliyyət göstərmir, insulin normadan artıq sekresiya olunur və nəticədə sıx-sıx, 1-2 saatdan bir aclıq hiss olunur.
İnsulin dayanıqlığından başqa, qalxanabənzər vəzinin normal işləməməsi də piylənməyə gətirib çıxarır. Həkimlərin sözlərinə görə, bu zaman orqanizmdə metobalizmin sürəti sıfra yaxınlaşır, qəbul etdiyimiz qida məhsulları enerjiyə sərf olunmur, nəticədə bədəndə piy halında toplanır. Mövcud piylənmə nahiyələri isə altda yatan xəstəliklərdən xəbər verir.
Şəhla Verdiyeva - endokrinoloq: Qarın, çanaq, bud tipli kökəlmə və ya simmetrik şəkildə bütün bədənin kökəlməsi bir-birindən fərqli səbəblərdən ola bilər. Buda, çanaq və aşağı ətrafların kökəlməsi daha çox adinamiyaya, yəni hərəkətsizliyə bağlıdır. Arın tipli yəni, abdominal piylənmə və yaxudda sinənin piylənməsi ən çox insulin dirəncinə bağlı olur. Buna daha çox qadınlarda rast gəlinir. Yuxarı ətrafın məsələn, çiyinlərin, gövdənin üst hissəsinin yəni, boynun və üzün kökəlməsi kuşin xəstəliyinə, böyrəküstü vəzin hipersekresiyasına bağlı olur.
Bəs görəsən, bu problemdən necə can qurtarmaq olar?
Şəhla Verdiyeva - endokrinoloq: Endokrinoloq tərəfindən konsultasiya olunmalı və lazımi hormonal analizlər verilməlidir. Əsas xəstəlik aradan götürülməlidir. Bundan əlavə həmin xəstəyə uyğun fiziki hərəkət aktivliyi təmin olunmalı və ehtiyac varsa, dietoloq yardımı alınmalıdır.
Xüsusi karantin rejimi dövründə aktivliyin az olması və Ramazan ayı ilə əlaqədar qida rejimində dəyişiklik təbii ki, orqanizmimizə təsirsiz ötüşmür. Bu dövr bizi qidalanmamıza maksimumum diqqət göstərməyə vadar edir. Sağlam yaşamaq elə də çətin deyil. Düzgün qidalanmaq və fiziki aktivlik bir çox problemlərdən yaxa qurtarmağa kifayət edər.
- Baxış: 331