Koronovirus pandemiyası ilə mübarizə apardığımız bir vaxtda kafe, restoran, bərbərxana və digər ictiami iaşə obyektlərinin karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərdiyi müəyən edilmişdi. Bu günlərdə onların sırasına uşaq bağçası da əlavə olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirirlər. Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman məlum olub ki, rayon ərazisində özəl uşaq bağçası gizli şəkildə fəaliyyət göstərir.
Füzuli Şıxıyev Kəpəz RPİ-nin Təhqiqat bölməsinin rəisi: Kəpəz rayonu Fikrət Əmirov küçəsi 4 ünvanında yerləşən Günəşli Gülnar Nəsrəddin qızını rəhbrəlik etdiyi “Montesorri Kids Paradis” uşaq bağçasının qanunsuz olaraq fəaliyyət göstərdiyi aşkar edilib.
Dərhal polis əməkdaşarı tərəfindən bağçanın fəaliyyəti dayandırılıb. Uşaqlar ailələrinə təhvil verilib. Valideynlərə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. Gülnar Günəşli və bağçanın digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.
Natiq Hüseyn
- Baxış: 1699