• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 07.05.2020 11:07

Cəbhəboyu zonada növbəti hərbi hissə ziyarət olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən növbəti hərbi hissədə olublar. Əsgər yeməkxanası, yataqxana, silah və ideoloji otaqlar, əşya və ərzaq anbarlarına baxış keçirilib. Komanda-müşahidə məntəqəsindən düşmən mövqeləri müşahidə edilib. Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.