• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 06.05.2020 15:56

Regionlar üzrə müəllimlərlə onlayn müsahibələrə start verilir

KepezTV Player

Mayın 7-dən etibarən şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr keçiriləcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin texniki problemlərə görə onlayn müsahibələrdə iştirakına şərait yaradılması ilə bağlı nazirliyin "Qaynar xətt"inə müraciətləri nəzərə alınaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq. Regionlar üzrə namizədlərin onlayn müsahibələrdə iştirakını təsdiq etməsi üçün son tarix 7 may saat 00:00-dır.