• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 04.05.2020 19:46

Şəmkirdə fərdi sahibkarlıq obyektləri fəaliyyətini bərpa edib

KepezTV Player

Bu gecədən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında karantin rejimi ləğv edilib. Dövlət qurumlarında işçilərin tam sayda fəaliyyəti bərpa olunub. Eyni zamanda fərdi sahibkarlıq obeytkləridə gündəlik iş rejimində çalışmaq qadağan deyil. Əməkdaşlarımız qərb bölgəsinin ən böyük rayonlarından olan Şəmkirdə karantin rejiminin ləğvindən sonra mövcud vəziyyəti gündəmə gətirib.

Elşad Hümbətov - sahibkar: Hamı kimi karantin vaxtı dayandıq. Bu gündən fəaliyyətimiz bərpa olunub. Bizdə artıq işdəyik.

Əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, bölgələrdə karantin rejiminin ləğv edilməsilə bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətləri, eləcə də fərdi ticarət, ictimai iaşə və ticarət obyetlərinin fəaliyyəti bərpa olunub. Şəmkir rayonunda bu gün səhər saatlarlarında mərkəzi küçə və prospektlərdə canlanma müşahidə olunur.

Saleh Əsgərov - çayçı: Bugünkü gündən işə başlamışıq. Qaydalar necədir o cür də işləyirik. Hamı maska və əlcəklə təmin olunub. Təmiz xidmət olunur. Hər şey təmizdir. Ərazimiz dezinfeksiya olunub.

Xüsusi karantin rejimi dövründə fəaliyyətinə məhdudiyyət tətbiq olunan sahələrdə çalışanlar indi daha əzmlə öz işlərinin başına keçiblər. Mövcud tövsiyyələrə uyğun olaraq əhaliyə gündəlik xidmət göstərilir.

Xaliq Rüstəmov - bərbər: Maska əlcək və hamısı öz yerində olmalıdır. Ona görə də özünü gözləməlisən.

Karantin müddətində park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də aradan qaldırılıb. Ancaq həkimlər əhalini arxayınlaşmamağa çağırır. Onlar virusun ikinci dalğasının daha təhlükəli ola biləcəyini və bu səbəbdən də vətəndaşları şəxsi gigiyena qaydalarına əməl etməyə çağırır.

Yusif Quliyev - Şəmkir RMX Publik Hüquqi Şəxsin direktoru: Ən azından gigiyenik qaydalara riayət etmək lazımdır. Kütləvi yerlərdə maska və əlcəklərdən istifadə olunmalıdır. 10 nəfərdən çox adam olan yerlərə toplanmaq lazım deyil. Yəqin ki bu qaydalara biz əməl etsək biz bu virusa qalib gəlmiş olacağıq. Ümumiyyətlə respublikamızın hər yerində karantin rejimi götürülə bilər.

Ölkə ərazisində xüsusi karantin rejimi martın 24-dən qüvvədədir.

 

Natiq Hüseyn