• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 03.05.2020 20:30

Xaşa bitkisinin təcrübə əkini aparılıb

KepezTV Player

Dağlıq və dağətəyi rayonlar üçün xarakterik olan və heyvandarlığın inkişafında effektiv vasitə sayılan xaşa bitkisinin sınaq əkini aparılıb. Torpaq strukturunun yaxşılaşdırılması baxımından eroziyaya qarşı ən mühüm mübarizə üsulu sayılan xaşa bitkisi ilə bağlı videomaterialımız var. İzləyək.

Xaşa ölkənin suvarılan aran və dağətəyi rayоnlarında dəmyə şəraitində əkilən çoxillik bitkidir. Bu bitkinin tərkibinin protein, zülal və mineral maddələrlə zəngin olması, heyvandarlıqda onun yem kimi istifadəsini çox əlverişli edir.Əsasən dəmyə olaraq əkilən xaşa bitkisi susuzluğa davamlılığına görə də faydalı hesab olunur.

Niyaz Abbasov fermer:Çoxillik paxlalı ot bitkisi olan xaşa əkmişik. Xaşa bitkisinin dəmyə şəraitində becərilməsi məqsədəuyğundur. Ona görə də, onun mil kök sisteminə malik olması, eyni zamanda şaxtaya davamlılığı dağətəyi zonalarda imkan verir ki, ondan gələcəkdə yüksək məhsuldarlıq əldə edək. 10 hektar ərazidə əkin aparmışıq. Bitki hal-hazırda yerüstü buğumarası yarpaqların əmələgəlməsi fazasındadır.

Xaşa bitkisi həmçinin torpaq münbitliyinə müsbət təsir göstərdiyi üçün dənli və başqa kənd təsərrüfatı bitkilərinin əkinində ən yaxşı sələf funksiyasını yerinə yetirir. Yoncadan fərqli olaraq, xaşa sahələrində otarılan heyvanlarda zəhərlənmə olmur, məhsuldarlıq baxımından da xaşa bitkisi yoncadan üstün sayılır.

Niyaz Abbasov fermer:Dəmyə şəraitində quru ot çıxımında görə, xaşa yoncadan 20-25 % üstündür. Bizim sahəmiz də dağətəyi zonada yerləşdiyi üçün kserofit bitki olan, xaşadan yüksək məhsuldarlıq əldə etməkdən ötəri biz aqrotexniki qulluq tələblərinə riayət etməklə əkmişik. Sabahdan etibarən artıq suvarma işlərinə başlayacağıq.

Yüksək aqrotexniki qulluq fonunda xaşa bitkisindən yaxşı məhsuldarlıq əldə etmək mümkündür.Ancaq fermerlərin diqqət etməli olduğu bir sıra məqamlar var.Xüsusilə xəstəlik törədici və zərərvericilərlə bağlı olan məsələyə həssas yanaşmaq lazımdır.Yalnıca bu yanaşmanın sonunda fermerlər hektara 55-60 sentner məhsul əldə edə bilərlər.

Valeh Anaroğlu