Koronavirus pandemiyasına görə karantin rejiminin uzadılması idman qurğularının yenə bağlı qalacağını şərtləndirmiş oldu. Virus təhlükəsinə görə idman məktəbləri, klublar, cəmiyyətlər, federasiyalar hələ bir müddət də fəaliyyətsiz qalacaqlar.
Martın 14-dən Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman komplekslərinin, digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. Bu, koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, həmçinin vaxtında qabaqlayıcı tədbirlər görmək məqsədilə atılan addımlar sırasındadır.
İdman qurğularının fəaliyyətini dayandırmasından sonra məşqçilər vəziyyətdən çıxış yolu kimi hazırlıq prosesini müxtəlif proqram təminatlarından yararlanaraq onlayn şəkildə keçirməyə məcbur olublar.
Həmkarları kimi Talıb Bayramov da verilən qərarlara, tətbiq olunan qaydalara hörmət və anlayışla yanaşdığını bildirib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, ayın 21-də I Divizionun, 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma kütləvi tədbirlərlə bağlı qərar qüvvədə qaldığından çempionatların bərpası uzanacaq.
- Baxış: 1185